17 
İyl
2019
21:00
471
45
6228
Virtual karabakh

Tarixçi: Keşikçidağda eramızdan əvvəldən oğuz türkləri yaşayıb

17 İyl, 2019
21:00
6228

Tarixçi: Keşikçidağda eramızdan əvvəldən oğuz türkləri yaşayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keşikçidağ” monastır kompleksi ərazisində yerləşən mağaralarda insanlar Neolit dövründə və hələ daha əvvəl – 6-7 min il qabaq məskən salıblar. Təbii ki, bu mağaralar həmişə müxtəlif ehtiyaclar üçün istifadə edilib və bu baxımdan orta əsrlərdə onlardan dini məqsədlə hücrə kimi istifadə olunmasında təəccüblü heç nə yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun baş elmi əməkdaşı, “Qafqazda Azərbaycan və erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.

Bununla belə, o bildirib ki, “Keşikçidağ”da monaxlar üçün bütün hücrələrin Gürcüstan Pravoslav kilsəsinə aidiyyəti yoxdur:

“Qeyd etmək lazımdır ki, birincisi, orada vaizlik etmiş David Qareci gürcü deyil, suriyalı olub. O, Suriyadan gəlib və özünü Serafim kilsəsinin nümayəndəsi kimi təqdim edib. Həmçinin xristian cərəyanının nestorian təriqətinin təmsilçisi olub. Bu təriqət regionumuzda çox geniş yayılımışdı. Yəni həmin dövr xristianlığın işığını daşıyanlar gürcülər deyildilər və müvafiq olaraq, Gürcüstan tarixinə, mədəniyyətinə və kilsə tarixinə aid olmayıblar. Qareci gürcü dilindən deyil, Azərbaycan dilindən tərcümədə “monax”, “yolçu” anlamına gəlir. Yəni monax Qareci – Qaraca”.

R.Hüseynov deyib ki, həmin suriyalı monaxlar, o cümlədən gürcülər üçün xristianlığı gətiriblər:

“Hazırda həmin mağaraların bir qismi pravoslav gürcü məbədlərinə və monastırlarına çevrilib. Lakin onların əksər qismi yaxın dövrdə tikilib. Alban kilsəsi ləğv edildikdən və çar Rusiyası gəldikdən sonra, yəni son 200 ildə gürcü monaxlar mağaraların böyük hissəsini hücrəyə çeviriblər. Həmin dövrdə, eyni zamanda, gürcü kilsələrinin kütləvi şəkildə tikintisi həyata keçirilib və burada monaxlar dəfn edilib. Lakin hazırda bütün bunlar erkən orta əsrlər gürcü irsi kimi təqdim edilir”.

Alim diqqətə çatdırıb ki, bütün monastır kompleksi XIX-XX əsrlərdə tikilib və orta əsrlər dövrünə heç bir aidiyyəti yoxdur.

Onun sözlərinə görə, monastır kompeksinə baş çəkən turistlərə, dindarlara və məktəblilərə guya Səfəvi şahı Abbasın başçılıq etdiyi vandal türklər tərəfindən dağıdılan Gürcüstanın qədim xristian irsindən bəhs edirlər:

“Tədqiqatçı Abbas İslamov və digər azərbaycanlı alimlər arxeoloji və landşaft-coğrafi məlumatların təhlilini apararaq sübut ediblər ki, ovçuluqla və ev heyvanları saxlamaqla məşğul olan ulu əcdadlarımız xristian dini yaranmazdan əvvəl bu mağaralarda bir neçə minillik ərzində məskən salıblar. Bundan başqa, burada türk ənənələrinə aid olan və tarixi eramızdan əvvəl ikinci minilliyə gedib çıxan kurqan məzarlıqları aşkarlanıb. Bu da həmin vaxt orada müasir azərbaycanlıların bilavasitə əcdadı sayılan oğuz türklərinin yaşadığını sübut edir”.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri