19 
İyl
2019
18:38
389
119
2768
Virtual karabakh

Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

19 İyl, 2019
18:38
2768

Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əcnəbilər Azərbaycanda üç ali təhsil müəssisəsinə Prezidentin təsis etdiyi qrant proqramı əsasında da qəbul ola biləcəklər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “ADA” Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının və Bakı Mühəndislik Universitetinin nizamnamələrində dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ADA” Universitetinə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir.

Habelə Akademiyanın və Bakı Mühəndislik Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri