19 
İyl
2019
20:36
735
246
7406
Virtual karabakh

Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, yeni inzibati məhkəmələr yaradılıb:

- Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

- Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

- Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Bundan başqa, sərəncama əsasən, aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:

- Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

- Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

- Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.

Həmçinin sərəncamda bildirilib ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilsin.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

20:19

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qanuna dəyişiklik kommersiya məhkəmələrinin yaradılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə bundan sonra mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.

Qanuna dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri