22 
İyl
2019
16:50
318
73
8919
Virtual karabakh

Bir qrup şəxs DİN-in qarşısında aksiya keçirmək istədi

22 İyl, 2019
16:50
8919

Bir qrup şəxs DİN-in qarşısında aksiya keçirmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxs Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. 

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

Bildirilib ki, onlar analoji hərəkətlərini Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri