14 
Avq
2019
14:53
54
239
5193
Virtual karabakh

Ermənistan XİN-dən daha bir - TƏXRİBAT

14 Avq, 2019
14:53
5193

Ermənistan XİN-dən daha bir - TƏXRİBAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edib.

Ermənistan mətbuatının məlumatına görə, Mnatsakanyan Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı deyib ki, Baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi fikirlər həqiqətdir.

“Baş nazir hər şeyi dedi. Deyilənlərə nəsə əlavə etməyə, yenidən oxumağa ehtiyac yoxdur”, - deyə Mnatsakanyan bildirib.

Mnatsakanyan qeyd edib ki, Ermənistan tərəfindən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur.

Bildirək ki, Ermənistanın bir tərəfdən “sülh”dən danışması, digər tərəfdən isə qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə aparılan danışıqların mahiyyətinə ziddir.

Qeyd edək ki, Nikol Paşinyan avqustun 5-də Xankəndidə demişdi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri