23 
Avq
2019
21:15
241
54
1643
Virtual karabakh

İndoneziya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini dəstəkləyir - Səfir

İndoneziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Oxu.Az xəbər verir ki, bu sözləri İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani bildirib.

“İndoneziya həmişə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Cakarta Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və ordumuz hər an Bakıya kömək etməyə hazırdır. Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq”, - deyə diplomat cümə günü keçirdiyi mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, Bakı ilə Cakarta arasında çox yaxın münasibətlər var.

“Azərbaycan odlar ölkəsi kimi tanınır. İndoneziyada çox sayda vulkan var, buna görə də biz də odlar ölkəsi kimi bilinirik. Bu baxımdan xalqlarımız və dövlətlərimiz arasında çox yaxın münasibətlər var”, - deyə H.B.Fanani bildirib.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri