Sen
2019
17:50
334
29
3418
Virtual karabakh

Makedoniya rəsmisi: Aprel döyüşlərində ermənilər qaçdıqlarını nə tez unudublar?

3 Sen, 2019
17:50
3418

Makedoniya rəsmisi: Aprel döyüşlərində ermənilər qaçdıqlarını nə tez unudublar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyanın, Serj Sarqsyanın nə danışmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın torpağıdır.

Oxu.Az xəbər verir ki, bunu Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Ermənistanın eks-prezidenti S.Sarqsyanın "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" bəyanatına cavabında deyib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, siyasətçinin yaxın dostu Elnur Eltürk məlumat verib.

"Hər zaman belə olacaq. Qarabağ türk dünyasının bir parçasıdır. Qarabağı heç kimə yedirtmərik. Bu gün Azərbaycan öz torpaqlarını azad etmək gücündədir. Beynəlxalq aləm Azərbaycanı addım atmağa qoymur.

Ermənistan hansı potensialı ilə Azərbaycana meydan oxuyur?! Aprel savaşında onların gücü ortaya çıxdı. Aprel döyüşlərində ermənilər Laçından, Şuşadan qaçırdılar. Bunu nə tez unudublar?!" - deyə siyasətçi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri