11 
Sen
2019
15:28
716
174
18555
Virtual karabakh

Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO

11 Sen, 2019
15:28
18555

Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 9-da Dənizkənarı Milli Parkda “Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, “Nargis” Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib.

Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda “Nargis” jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, “AzərEnerji”, “Azersun”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Baku Steel Company”, “Caspian Drilling Company Ltd”, “Coca-Cola”, Dr. Cahid Şahbazov, “Gilan Holding”, “Nargis” Publishing House və “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, “Nargis”in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində “Nargis” Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla “Nargis” nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.

Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.

“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri