19 
Sen
2019
21:16
76
160
3627
Virtual karabakh

ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır

19 Sen, 2019
21:16
3627

ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ İran əleyhinə geniş koalisiya yaratmağı düşünür.

ABŞ rəhbərliyi BMT Baş Assambleyasının tədbirində Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda iştirak etməsini əsas gətirərək, İrana qarşı tədbirlər görmək üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.

TASS-ın verdiyi xəbərə görə, bu barədə çərşənbə günü “The Wall Street Journal” qəzeti Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp ABŞ-ın Tehrana qarşı birbaşa hərbi güc istifadəsinə qarşıdır, bununla belə, ABŞ Səudiyyə Ərəbistanının İrana qarşı görəcəyi hər hansı tədbiri dəstələyəcək. Amerika Birləşmiş Ştatlarının bəzi müttəfiqləri  ABŞ Dövlət Katibi Maykl Pompeonun kəşfiyyat məlumatlarına şübhə ilə yanaşır. Bu məlumatlarda İran hökumətini hücumlarda iştirak etdiyi bildirilir. 

Nəşrin bildirdiyinə görə, Tramp administrasiyası İranla bağlı “BMT vasitəsilə kordinasiya olunmuş geniş beynəlxalq miqyaslı cavaba” üstünlük verəcək. Bu məsələ gələn həftə Baş Assambleyanın Nyu-Yorkda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qəzetin istinad etdiyi mənbələrə görə, bu yol qismən Amerika iqtisadiyyatının vəziyyətinə bağlıdır və Tramp-ın 2020-ci ildə yenidən ABŞ prezidenti seçilmək şansına təsir göstərə bilər. Amerika Birləşmiş Ştatları hazırda öz ehtiyacları hesabına enerji tələbatını tam ödəyə bilir. Amma Səudiyyə Ərəbistanında hərbi qarşıdurmada baş verərsə, hücumlardan sonra neftin qiymətindəki artım tendensiyaya çevriləcək, qlobal iqtisadiyyata və eləcə də Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək.

Çərşənbə günü San Dieqoda jurnalistlərlə söhbət edən Tramp, ABŞ-ın İranla müharibəyə hazırlaşmadığını söyləyib. Bununla birlikdə, o, ABŞ-ın növbəti 48 saat ərzində Tehrana "çox əhəmiyyətli" sanksiyalar tətbiq edəcəyinə söz verib.

Sentyabrın 14-nə keçən gecə “Saudi Aramco” şirkətinin Səudiyyə Ərəbistanının şərqindəki müəssisələri 10 pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Bunun bağlı "Ənsar Allah" hərəkatının yəmənli üsyançıları məsuliyyəti öz üzərinə götürüblər. ABŞ dövlət katibi Maykl Pompeo İranı Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlarda iştirak etməkdə günahlandırıb. Tehran bu açıqlamanı əsassız adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri