30 
Sen
2019
15:23
138
17
4272
Virtual karabakh

Maksim Şevçenko: Moskvanın Ermənistanın mövqeyi ilə bağlı şübhələri var

30 Sen, 2019
15:23
4272

Maksim Şevçenko: Moskvanın Ermənistanın mövqeyi ilə bağlı şübhələri var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva Yerevanı Tehrana təzyiq göstərmək üçün Vaşinqtona əlavə imkanlar yaratmaqda şübhəli bilir.

Bu fikirləri Media.Az-a müsahibəsində rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko deyib. 

“Rusiya özünün həyati maraqları üçün Cənubi Qafqazı izləyir. Bütün proseslərə nəzarət etmək istəyir, ancaq bunu birbaşa etmək mümkün deyil, çünki ABŞ və Avropa daha güclü və təsirlidir.

Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin Qafqazdakı ən böyük ofisi və analitik iqamətgahı Yerevanda yerləşir. Bakıda və Tbilisidə deyil, məhz Yerevanda”, - M.Şevçenko Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Avrasiya İqtisadi Şurasının ali iclasında iştirak etmək üçün Yerevana səfərini şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaza qarşı münasibətdə siyasəti dəyişməz olaraq qalır və eyni zamanda, burada baş verən geosiyasi hadisələr Kremlin region üzrə xarici siyasət kursunu dəyişdirməyi tələb edir. 

“Bir müddət əvvəl gördüyümüz kimi, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani – Rusiya, Türkiyə və İran liderləri üçtərəfli yaxınlaşmağa hazır olduqlarını nümayiş etdiriblər.Və əlbəttə ki, Ermənistanda Rusiya rəhbərliyinin Ərdoğanla görüşü xüsusi narahatlıqla qarşılanır. Düşünürəm ki, Rusiyanın siyasəti dəyişməyib (Cənubi Qafqazda – red.), dəyişən vəziyyətin ümumi kontekstidir”, - M.Şevçenko bildirib. 

Onun sözlərinə görə, Yerevanın anti-Rusiya mövqeyi “erməni lobbisinin sıçrayış addımlarla inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə” reaksiyası ilə bağlıdır. 

Oktyabrın 3-də Soçidə keçiriləcək Valday klubunun iclası çərçivəsində Azərbaycan və Rusiya liderlərinin görüşünü şərh edərkən M.Şevçenko bildirib:

“Vladimir Putin və İlham Əliyevin münasibətləri təkcə bir növ dövlətlərarası münasibətlər üzərində qurulmur. İlk öncə, bu, köhnə və yaxşı dostların münasibətidir”. 

Dəfələrlə erməni və rus mediasında xəbər verildiyi kimi, V.Putinin oktyabrın 1-də Yerevana səfəri zamanı Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək görüşü nəzərdə tutulmayıb. 

Öz növbəsində hərbi ekspert, politoloq İqor Korotçenko qeyd edib ki, Putinin Yerevana getməsini Ermənistana səfər hesab etmək olmaz:

“Bu, rəsmi səfər deyil. Bu, Ruisya dövlət başçısının Avrasiya İqtisadi Şurasının ali iclasına səfəridir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri