Okt
2019
20:31
1408
141
29470
Virtual karabakh

İlham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi - VİDEO

3 Okt, 2019
20:31
29470

İlham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ – Azərbaycandır. Və nida işarəsi.

Bu sözləri Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident çıxışında bildirib:

“Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Deyim ki, münaqişə ilə əlaqədar kifayət qədər geniş fikirlər mövcuddur, əksər hallarda onlar reallığı əks etdirmir.

Beləliklə, aydınlaşdırmaq üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət idi, ermənilərin dediyi kimi, kiməsə ötürməkdən yox.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.

Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir.

Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə gəldi. Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox əhalisi və Ermənistan ərazisində yaşayan  250 min azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. 

BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib ki, onlar da 25 ildən artıqdır yerinə yetirilmirlər.

Burada vacib bir məsələyə - verilən qərarların icrasına gəlirik. BMT Təhlükəsizlik Şurası ən yüksək beynəlxalq orqandır. 25 ildən çoxdur ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, bu qurumun səmərəliliyi ilə bağlı çoxlu sual doğur. Qətnamələrin icrasının seçmə mahiyyəti Azərbaycanı narahat edir. Bəzən onlar gün ərzində həyata keçirilir, bəzən müəyyən hərbi əməliyyatlar üçün ümumiyyətlə tələb olunmur. Bizim vəziyyətimizdə qətnamələr kağız üzərində qalır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Qeyd edim ki, son vaxtlar Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalqı” üçün məqbul olmalıdır. Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil.

Dağlıq Qarabağın münaqişədən əvvəl bərabər hüquqa malik olan azərbaycanlı və ermənilərdən ibarət əhalisi var.

Azərbaycan üçün hansı həll yolunun məqbul olmasına gəlincə, o, bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri