Okt
2019
15:54
39
192
4954
Virtual karabakh

Aleksandr Karavayev: Əli Əsədov İlham Əliyev siyasətinin iqtisadi dinamikasının simvoludur

8 Okt, 2019
15:54
4954

Aleksandr Karavayev: Əli Əsədov İlham Əliyev siyasətinin iqtisadi dinamikasının simvoludur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökumətinə əsl iqtisadçı, iqtisadiyyatın necə qurulduğunu bilən bir insan lazım idi. 

Bu fikirləri Media.Az-a açıqlamasında Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev deyib. 

Bununla ekspert Milli Məclisin əvvəllər Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi olmuş Əli Əsədovun Baş nazir postuna namizədliyinin təsdiq edilməsi qərarını şərh edib. 

“Əli Əsədovun təyinatı ilə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır. Hər şeydən əvvəl, yeni hökumət başçısının diqqət mərkəzində paytaxtdakı layihələr və ümumilikdə Abşeronun inkişafı olacaq”, - Aleksandr Karavayev hesab edir. 

Bundan başqa, müsahibimizin sözlərinə görə, bugünkü qərar kadr rotasiyasının davamıdır: 

“Əlbəttə, Əli Əsədov artıq təcrübəli mütəxəssisdir, 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi statusundadır. Lakin onun namizədliyinin təsdiqlənməsi hökumətdəki iqtisadi blokun daha da güclənməsini simvollaşdırır.

Bundan əlavə, düşünürəm ki, gənc, təhsilli mütəxəssislər dövlət aparat sistemində dayaq qazanacaqlar. Bu mənada, Əli Əsədov Prezident İlham Əliyevin siyasətində iqtisadi dinamikanın rəmzidir”.

Aleksandr Karavayev istisna etmir ki, ilin sonuna qədər digər maraqlı təyinatlar olacaq:

“Bundan əlavə, güman ki, Novruz Məmmədov karyerasını başqa bir sahədə də davam etdirəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri