Okt
2019
14:00
36
206
1976
Virtual karabakh

Ekspert: Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəllifi kimi tanınır

9 Okt, 2019
14:00
1976

Ekspert: Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəllifi kimi tanınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini icra edən yeni Baş nazir Əli Əsədovun təyin edilməsi, çox güman ki, Azərbaycan rəhbərliyinin iqtisadi artımı sürətləndirmək və onun şaxələndirilməsini təmin etmək istəyi ilə əlaqədardır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti Konstantin Tasits deyib. 

Onun sözlərinə görə, 2015-2016-cı illərdə dünyada neftin qiymətinin düşməsi respublikaya ağır təsir göstərib – 2016-cı ildə Azərbaycanda ÜDM 3,1 faiz azalıb, milli valyuta devalvasiyaya uğrayıb. 

Ekspert qeyd edib ki, bu vəziyyət “büdcədəki neft gəlirlərinin payını azaltmaq üçün dar xammalın istehsal və ixracın istiqamətini dəyişdirmək zərurəti” yaradıb (qeyri-neft payını artırmaqla – red.).

“Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəlliflərindən biridir. Ümumdünya Bankı tərəfindən hazırlanan “Doing Business”in son hesabatında respublika 25-ci yerə qalxıb. Azərbaycan hökumətinin qarşısında qeyri-neft istehsalı sektorlarının daha fəal inkişafı hesabına sürətli iqtisadi artımın təmin edilməsi vəzifəsi duracaq”, - K.Tasits qeyd edib. 

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Novruz İsmayıl oğlu Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri