12 
Okt
2019
12:15
227
24
2751
Virtual karabakh

Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək

12 Okt, 2019
12:15
2751

Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak edəcək.

Report xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin Mətbuat xidməti açıqlama yayıb.

Sammitdə çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə dair məsələlər müzakirə ediləcək. Həmçinin, Özbəkistanın təşkilata tamhüquqlu üzv olması üçün birgə bəyanat qəbul olunacaq.

Sonda TDƏŞ-in VII Zirvə Toplantısının yekun Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Özbəkistan prezidenti Bakıda TDƏŞ-ə üzv dövlətlərin nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb.

Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri