14 
Okt
2019
10:01
392
36
5307
Virtual karabakh

Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO

14 Okt, 2019
10:01
5307

Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

“Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib.

Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında, şübhəsiz, nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

✔Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi. Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! ✔Ушел из жизни ученый-востоковед с мировым именем, один из переводчиков священной книги мусульман — Гурани-Керим — на азербайджанский язык, заслуженный деятель науки, академик Васим Мамедалиев. Человек высочайшего интеллекта и редких душевных качеств, Васим муаллим обладал непререкаемым авторитетом в научном мире. Ему принадлежат исключительные заслуги в развитии востоковедения в Азербайджане. Крупный ученый-исследователь и талантливый педагог, Васим Мамедалиев был продолжателем многовековых традиций азербайджанской науки. Уход из жизни академика Васима Мамедалиева — огромная потеря для всех нас. Светлая память о великом ученом останется с нами навсегда. Аллах рехмет элесин.

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri