15 
Okt
2019
10:17
359
13
2878
Virtual karabakh

Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

15 Okt, 2019
10:17
2878

Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanda Yerevan səfirliyi hələ də yoxdur. Buna dövlət xadimlərimiz qərar verir. Ancaq təbii ki, Özbəkistanın mövqeyinin eyni qalmasını istərdim.

Bu fikirləri Media.Az-a müsahibəsində tanınmış özbək tarixçisi və publisisti Şuxrat Salamov deyib. 

O, Özbəkistanın bu il Türk Şurasına üzv olacağı ilə bağlı məlumatı da şərh edib:

“Bu, Özbəkistanın milli maraqlarına uyğundur. Biz türk xalqıyıq. Türklər Özbəkistansız yığışırsa, bu, doğru deyil. Bizim ölkələrimizin logistiq maraqları da var. Biz Türkmənistan, Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Macarıstana çıxa bilirik”.

Publisist bildirib ki, Özbəkistan üçün Azərbaycan həmişə vacib ölkə olub: 

“Biz strateji tərəfdaşıq, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizi mədəni və tarixi əlaqələr bağlayır. Azərbaycan bizim üçün Ukrayna və Rusiyadan kənar Avropaya alternativ pəncərədir”.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır. İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. 

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri