17 
Okt
2019
15:33
96
27
1700
Virtual karabakh

Azərbaycanla Polşa arasında məxfi məlumatlarla bağlı - SAZİŞ

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, deputatlar “Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxıblar.

Sənəddə sazişin məqsədi, məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi kontraktlar, bu sahədəki  səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır.

Deputatlar sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu  diqqətə  çatdırıblar.

Sonra iclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Dövlət  bayrağının istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi  müzakirə edilib.

Bildirilib ki, ölkə Prezidentinin 2019-cu il 11 aprel tarixli 623 nömrəli fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və “Silahlı  Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri” təsdiqlənib.  

Ali Baş Komandanının bayrağının vahid forması müəyyənləşdirildiyindən, təklif edilən bu qanunlarda  dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra hər iki sənəd komitədə üç oxunuşda baxılmış sayılaraq Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri