18 
Okt
2019
16:52
293
68
4839
Virtual karabakh

Rövşən Rzayev: Nərimanovdakı yataqxanalardan məcburi köçkünlər köçürüləcək

18 Okt, 2019
16:52
4839

Rövşən Rzayev: Nərimanovdakı yataqxanalardan məcburi köçkünlər köçürüləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yerləşən yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə məskunlaşıb. Proses davam etdirilir.

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dilə gətirib. 

O bildirib ki, dünən ikinci püşkatma olub:

“Nərimanov rayonunda və Sizə əvvəlcədən təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi köçkünlər siyahıya uyğun köçürüləcəklər. Bunun üçün Sizin tərəfinizdən bütün şərait yaradılıbdır. Komitənin bütün əməkdaşları bu istiqamətdə məşğuldurlar və işi davam etdirirlər.

Təbii ki, bu ilin sonuna qədər Sizin tapşırıqlarınıza əsasən bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq. İcazə verin, bir-bir sadalayım - Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır.

Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək.

Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik.

Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.

Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq.

Özəl sektorun töhfələri çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor tərəfindən tikilən 1300 ailəlik “Qobu Park-2” artıq açılıbdır. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik. Beləliklə, Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə həllini tapacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri