19 
Okt
2019
03:58
17
110
2390
Virtual karabakh

Lavrov və MDB ölkələrinin səfirləri beynəlxalq problemləri müzakirə etdilər

19 Okt, 2019
03:58
2390

Lavrov və MDB ölkələrinin səfirləri beynəlxalq problemləri müzakirə etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüş keçirib.

Oxu.Az Rusiya XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Görüşdə həmçinin, Rusiya xarici işlər nazirinin keçmiş müavini, hazırda Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.

Görüşdə çıxış edən nazir Karasinin Rusiya ilə MDB üzvü olan ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə verdiyi böyük şəxsi töhfələri yüksək qiymətləndirib. Lavrov Karasini Rusiya Federasiya Şurasına Saxalin vilayətindən üzv seçilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri