20 
Okt
2019
01:50
556
364
10948
Virtual karabakh

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

20 Okt, 2019
01:50
10948

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna zidd olaraq oktyabr ayının 19-da saat 15:00-da metronun “28 May” stansiyasının önündəki meydanda mitinq keçirtməyə cəhd göstəriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, görülmüş tədbirlərlə bu hüquqazidd hərəkətlərin qarşısı alınıb, onun təşkilatçıları və bəzi iştirakçıları saxlanılaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin edilib.

Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə yerləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb.

Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri