24 
Okt
2019
14:38
546
73
7220
Virtual karabakh

İlham Əliyev Dilarə Seyidzadəni təltif etdi

24 Okt, 2019
14:38
7220

İlham Əliyev Dilarə Seyidzadəni təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dilarə Bağır qızı Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilib.

Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktorudur. O, dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri