30 
Okt
2019
14:27
177
28
4251
Virtual karabakh

Türkiyədən ABŞ-ın “erməni soyqırımı” və iqtisadi sanksiyaları təsdiqləməsinə - REAKSİYA

30 Okt, 2019
14:27
4251

Türkiyədən ABŞ-ın “erməni soyqırımı” və iqtisadi sanksiyaları təsdiqləməsinə - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın  ABŞ-ın Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və sanksiyalara dair qanun layihəsini qəbul etməsinə sərt reaksiya verib.

Türkiyənin Suriyada hərbi əməliyyata başlamasının ardından hərəkətə keçən ABŞ Nümayəndələr Palatası ermənilərə 1915-ci il hadisələri zamanı soyqırımı edildiyi iddiasını təsdiqləyən qanun layihəsini qəbul edib. Sonra səsə qoyulan qanun layihəsi təsdiqlənib.

Sosial mediada buna sərt reaksiya verən Kalın ABŞ-ın utancverici tarixinə baxmalı olduğunu söyləyib:

“ABŞ Nümayəndələr Palatasının “erməni qanun layihəsi” tarixin siyasətə alət edilməsinin utancverici nümunələrindən biridir. Türkiyəni soyqırımında günahlandıranlar əvvəl öz tarixlərinə, sonra isə dəstəklədikləri Asala və PKK terror təşkilatlarının qanlı keçmişinə baxsınlar”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri