Noy
2019
16:45
282
102
3141
Virtual karabakh

İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı

6 Noy, 2019
16:45
3141

İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri