Noy
2019
14:47
208
25
2141
Virtual karabakh

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

7 Noy, 2019
14:47
2141

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Qeyd edək ki, Türkiyə başçısı ABŞ Prezidenti Donald Trampla bu məsələni artıq müzakirə edib.

“Ankara əldə edilmiş razılaşmalar çərçivəsində öhdəliklərin bir hissəsini sonuna qədər yerinə yetirəcək. Biz memorandumdan geri çəkilmirik”, - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Putin və Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün ortaq tədbirlər haqqında memorandum imzalayıblar. Razılaşmaya əsasən, Rusiya hərbi polisi və Suriya sərhədçiləri Türkiyənin yaratdığı 30 kilometrlik təhlükəsizlik zonası ilə həmsərhəd olan ərazilərə köçürülüblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri