Noy
2019
12:00
105
27
2140
Virtual karabakh

XİN-in etiraz notaları “işləmir”? - Separatçıların lideri bu dəfə Belçikada

8 Noy, 2019
12:00
2140

XİN-in etiraz notaları “işləmir”? - Separatçıların lideri bu dəfə Belçikada

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.

Modern.az xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-ə yaxın parlament üzvü ilə danışıqlar aparıb.

Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.

Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və sözdə “soyqırımı”nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi.

Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun “mədəniyyət naziri” Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri