Noy
2019
15:38
18
72
2550
Virtual karabakh

Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB

8 Noy, 2019
15:38
2550

Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əslində, Ermənistan Xarici İşlər naziri (Zöhrab Mnatsakanyan) yeni heç bir fikir söyləməyib. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur. Sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var.

“Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni nazir görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param- parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox! Əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı,  münaqişənin həlli istiqamətində real addımlar atılardı”.

L.Abdullayeva bildirib ki, həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir.

“Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur. Həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur. Bunu da ən yaxşı Ermənistan bacarır”

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri