11 
Noy
2019
11:19
11
71
3274
Virtual karabakh

Qarabağ və “Aland adaları modeli” - Finlandiyalı ekspert Yohan Bekman fikirlərini bölüşür

11 Noy, 2019
11:19
3274

Qarabağ və “Aland adaları modeli” - Finlandiyalı ekspert Yohan Bekman fikirlərini bölüşür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ üzrə kompromis – o, necə ola bilər? Bir çox ekspertlər “Aland modeli”ni göstərirlər. Müzakirələr uzun illərdir davam edir. Lakin erməni tərəfi hətta muxtariyyətin mümkünlüyünü də rədd edir. İsveçlilər Finlandiyanın tərkibində Aland adalarında muxtariyyət qazandı, ölkədə sülh və sabitlik oldu. 

Bu model Cənubi Qafqazdakı münaqişələrin həllinə uyğundurmu? 

Media.Az bu məsələ ilə bağlı finlandiyalı ictimai xadim, ictimai-siyasi elmlər doktoru Yohan Bekmanla danışıb. 

- Bəzi xarici mütəxəssislər tez-tez “Aland adaları modeli”ni Cənubi Qafqazdakı münaqişənin həlli nümunəsi kimi göstərirlər.

- Belə deyərdim ki, “Aland modeli” Finlandiya və finlər üçün uğurlu variant idi. Aland adaları Finlandiya Respublikasının tərkibində qalıb. Üstəlik, onların muxtariyyəti var, öz parlamentləri var, rəsmi dili də İsveç dilidir.

Aland adalarının sakinləri hərbi xidmətdən azaddırlar. Ümumilikdə, bu ərazi demilitarizasiya edilib. Aland adaları, həqiqətən də, münaqişələrin sülh yolu ilə həlli üçün nümunədir. Bu ərazinin sakinləri İsveçə birləşmək istəyirdilər, onları isveçli separatçılar da adlandırmaq olardı. Ancaq (separatçılar – red.) plan baş tutmadı. İndi onlar başa düşürlər ki, Finlandiyanın tərkibində yaşamaq daha yaxşıdır. 

Aland adaları sülh ərazisidir. Demilitarizasiya faktı çox vacibdir. Son onillikdə Aland adaları ətrafında heç bir problem olmayıb. 

- 13 il əvvəl mən Aland adalarında olmuşam. Orada “Oland” qəzetinin redaksiyasında mənə dedilər ki, Aland adalarında belə bir qanun var: əgər yanılmıramsa, bu ərazidə yaşayan finlərin sayı ümumi əhalinin sayından 5 faizdən çox ola bilməz. Qarabağ münaqişəsinin həlli üçün belə bir şərt yolverilməzdir.

- Xeyr, bu, anlaşılmazlıqdır. Finlandiyanın bütün sakinləri finlərdir. Milliyyətçiliyə əhəmiyyət vermirik. Aland adalarının sakinləri də Finlandiya vətəndaşlarıdır və demək, finlərdir. 

- Ancaq isveçli milliyyətçilər...

- Mən yenə qeyd etmək istərdim: keçmiş SSRİ ölkələrindən fərqli olaraq, bizdə milliyyətçilik göstərilmir. Biz hamımız finlərik. Heç bir reyster milliyyətçiliyi göstərmir. Yeganə göstərici doğma dildir. O, fin, İsveç və ya digər dil ola bilər. Bu, hansısa sənəddə özünü göstərə bilər. 

Aland adalarının sakinləri üçün ayrı pasport yoxdur, onlar Finlandiya vətəndaşlarıdır. Bura isveçdilli, öz büdcəsi, qanunu, muxtariyyəti, hökuməti, bayrağı və gerbi olan Finlandiya quberniyasıdır. Finlandiya parlamentində Aland adalarının nümayəndəsinin iştirakı məcburidir.

Aland adalarının demilitarizasiyasının isə qədim tarixi var, bu, XIX əsrin ortalarında Krım döyüşləri vaxtına gedib çıxır. O zaman Aland adaları Rusiyaya məxsus idi. 

- “Aland adaları modeli”nin Cənubi Qafqazdakı, o cümlədən, Qarabağ münaqişəsinə uyğunluğu ilə bağlı nə deyə bilərsiniz?

- Mən bununla bağlı heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, beynəlxalq konfrans keçirib vəziyyəti analiz etmək, ekspert fikirlərini dinləmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri