19 
Noy
2019
07:39
369
38
3265
Virtual karabakh

Azərbaycan və Türkiyə prezidentləri yeni qaz kəmərini açacaqlar

19 Noy, 2019
07:39
3265

Azərbaycan və Türkiyə prezidentləri yeni qaz kəmərini açacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TANAP qaz kəmərinin sonuncu hissəsinin açılışını noyabrn 30-da Azərbaycan və Türkiyə prezidentləri həyata keçirəcəklər.

“Daily Sabah” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Noyabrın 30-da onu istifadəyə verməyə hazırlaşırıq. Mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı gözlənilir”, - deyə, nazir qeyd edib.

O qaz kəmərinin Azərbaycan və Türkiyə xalqları üçün xeyirli olacağına ümidvar olduğunu bildirib.

1850 kilometrlik TANAP qaz kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək. “Şahdəniz” yatağından çıxarılan qaz bu kəmər vasitəsi ilə Türkiyə ərazisindən keçərək avropa istifadəçilərinə çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri