19 
Noy
2019
16:30
1856
94
11764
Virtual karabakh

İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında - YENİLƏNİB + FOTO

19 Noy, 2019
16:30
11764

İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verib.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşüb.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlətimizin başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verilib.

Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşüb, son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət edib.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

11:34

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri