22 
Noy
2019
11:50
786
65
3482
Virtual karabakh

Prezident Sumqayıtda “CinemaPlus”un açılışını etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə iştirak edib.

Qeyd edək ki, “Nizami” kinoteatrı “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinə məxsusdur və dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş üç zaldan ibarətdir. 

Ünvan - Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsi. 

Artıq “CinemaPlus” saytında və mobil əlavəsində Sumqayıt sakinləri filmlərin cədvəli ilə tanış ola bilərlər. Bu gündən etibarən Sumqayıt şəhərində yerləşən “CinemaPlus” kinoteatrı sakinlərinin xidmətindədir. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri