22 
Noy
2019
15:56
724
97
2327
Virtual karabakh

Rusiyalı deputat Mehriban Əliyevanın Moskva səfərini şərh etdi: Əlaqələrin əhəmiyyəti daha da artır

22 Noy, 2019
15:56
2327

Rusiyalı deputat Mehriban Əliyevanın Moskva səfərini şərh etdi: Əlaqələrin əhəmiyyəti daha da artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir.

Bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan regionlararası forumla bağlı səfəri əlaqələrin əhəmiyyətini daha da artırır.

“Deyərdim ki, Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır. Bu forumun Moskvada baş tutması bizim üçün çox vacibdir. Moskvada nəqliyyat forumu keçirildi və buraya Azərbaycan da qatılmışdı”.

Rusiyalı deputat turizm sahəsində əməkdaşlığın vacibliyini da qeyd edib.

“Turizm ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir. Həqiqətən də, ruslar Azərbaycana nə qədər çox qonaq gəlsələr, o qədər də ölkəni çox sevəcəklər. Bir rus atalar sözü var: “On dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır”. Azərbaycana girən ruslar oradan laqeyd qayıtmırlar. Bu, çox vacibdir”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri