22 
Noy
2019
20:50
291
33
4097
Virtual karabakh

Polşada erməni təxribatının qarşısı alındı

Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb.

AZƏRTAC-ın məlumatına görə, sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.

Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal “TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib.

“TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın “Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən “Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri