30 
Noy
2019
10:41
536
68
4042
Virtual karabakh

Prezidentin islahat strategiyası: İdarəetmə daha da effektivləşdirilir - ŞƏRH

30 Noy, 2019
10:41
4042

Prezidentin islahat strategiyası: İdarəetmə daha da effektivləşdirilir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda dövlət idarəetməsi təkmilləşdirilir, beynəlxalq çağırışların tələb və təklifləri kontekstində yeni modelə keçid prosesi sürətlənir.

Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial rifahı yüksəltmək, təhlükəsizliyi, sabitliyi gücləndirmək, idarəetməni daha da effektiv vəziyyətə gətirmək üçün islahatları dərinləşdirir.

Prezidentin rəhbərliyi ilə islahatlar geniş sferanı əhatə edir, özünü doğrultmayan qurum və vəzifəli şəxslər “ələnir”, onların yerinə isə daha çevik, prosesləri daha doğru qiymətləndirib operativ tədbirlər görə bilən kadrlar gətirilir.

Bununla da struktur və kadr islahatlarının əhatə dairəsi genişlənir. Bu reformlar paralelliyi özündə ehtiva edir - məhkəmə sistemi, icra hakimiyyəti sistemi yenilənir.

Noyabrın 29-da isə Prezident İlham Əliyevin həyata keçirdiyi yeni təyinatlar struktur və kadr islahatlarının yeni mərhələsi oldu.

Ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib. Belə ki, Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Prezident Administrasiyasının şöbə müdirləri təyin olunub.

İslahat dalğasının ölkədə siyasi idarəetmənin əsas rıçaqı olan Prezident Administrasiyasına çatması icra hakimiyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının başlanğıcıdır.

Hakimiyyətin icraedici qolu ilə qanunverici qanadı arasında koordinasiyanın gücləndirilməsi, Milli Məclisin dövlət idarəetməsində effektiv və çevik iştirakı da önəmlidir.

Bu baxımdan, islahatlar strategiyasının tam sistemli xarakter alması və ümumi inkişafın tempinə uyğun olması üçün parlamentin də tərkibinin dəyişdirilməsi zərurətə çevrilib.

Ona görədir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası islahatların qanunverici hakimiyyətə də gətirilməsi üçün YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Prezidentə müraciət etməsini tövsiyə edib.

YAP-ın sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 28-dı keçirdiyi mətbuat konfrasnında deyib ki, bununla da həm ölkənin daha da inkişaf etdirilməsi imkanları əldə olunacaq, həm də Azərbaycanın parlament və siyasi tarixində yeni bir ənənənin başlanğıcı qoyulacaq.

Qeyd edək ki, Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasında parlamentin buraxılması məsələsinə baxılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri