Dek
2019
11:13
27
308
2192
Virtual karabakh

Lavrov Bakıda Qarabağı müzakirə edəcək

2 Dek, 2019
11:13
2192

Lavrov Bakıda Qarabağı müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır.

TASS xəbər verir ki, səfərin proqramında Rusiyanın XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqları nəzərdə tutulub.

“Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirə olunması planlaşdırılır.

Beynəlxalq və regional məsələlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılacaq”, - Rusiya XİN-dən bildirilib.

Nazirlik tərəflərin Rusiya və Azərbaycanın xarici işlər orqanlarının 2020-ci il üçün konsultasiya planını da imzalamağı planlaşdırdığını qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri