Dek
2019
13:05
23
189
1292
Virtual karabakh

Məmmədyarov: Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

3 Dek, 2019
13:05
1292

Məmmədyarov: Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb:

“Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Moskvaya səfər edib. Ölkələr arasında ticarət dövriyyəsi artır. İlin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi 2,5 milyar dollar olub. 2019-cu ilin sonuna qədər bu rəqəmin üç milyard dollar səviyyəsində olacağını gözləyirik”.

Nazir bildirib ki, rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətraflı müzakirə aparılıb:

“Təbii ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, həm ikitərəli, həm də çoxtərəfli formatda münaqişənin həlli istiqamətində səylər göstərir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri