Dek
2019
13:45
39
146
1897
Virtual karabakh

XİN rəhbəri: Hərbi-texniki sahədə ideyalarımız var

3 Dek, 2019
13:45
1897

XİN rəhbəri: Hərbi-texniki sahədə ideyalarımız var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq hüquq, Rusiya və Azərbaycanın qanun normaları daxilində inkişaf etdiririk. Azərbaycanla hərbi sahədə əməkdaşlığımız regionda olan balansa uyğun şəkildə inkişafdadır.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşündən sonra tərəflərin keçirdiyi mətbuat konfransında S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırışına münasibət bildirərkən deyib.

Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov isə qeyd edib ki, hərbi-texniki sahədə olan əməkdaşlıq daima Rusiya ilə olan danışıqların gündəliyində olub:

“Hərbi-texniki sahədə ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri