Dek
2019
16:47
31
636
7832
Virtual karabakh

Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlir

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Heyətin tərkibində Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Nəqliyyat Departamentinin Texniki siyasət şöbəsinin müdiri Arman Karapetyan və Ermənistan XİN-nin İnkişaf sahəsində Çoxtərəfli Siyasət və Əməkdaşlıq Departamentinin məsləhətçisi Artem Aznauryan Bakıya gələcəklər.

Erməni mediasının xəbərinə görə, nümayəndə heyəti TRASEKA-nın XIV iclasında və 4-7 dekabr tarixlərində sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş konfransda iştirak edəcək.

TRASEKA Avropa Birliyi tərəfindən 1993-cü ildə təklif edilən çoxtərəfli əməkdaşlıq proqramıdır. Hökumətlərarası Komissiya 2000-ci ildə yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri