Dek
2019
15:17
49
164
8736
Virtual karabakh

Əli Əsədov yeni şöbə müdirləri təyin etdi

4 Dek, 2019
15:17
8736

Əli Əsədov yeni şöbə müdirləri təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetində kadr dəyişiklikləri olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncama əsasən, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Baş nazirin digər sərəncamına görə, Mehman Tağıyev NK Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, dünən Əli Əsədovun imzaladığı sərəncama əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi təyin edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Nazirlər Kabinetində struktur dəyikliyi baş tutub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri