Dek
2019
09:18
58
19
1809
Virtual karabakh

“Status-kvo qəbuledilməzdir”: Həmsədr ölkələrdən - BƏYANAT

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərləri (Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Fransanın Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik etməkdə qətiyyəlidirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçılarının Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislava görüşünün nəticələri ilə bağlı yaydığı birgə bəyanatında bildirilib.  

Bəyanatda qeyd olunub ki, həmsədr ölkələri nümayəndə heyətinin rəhbərləri təmas xəttində zorakılığın nisbətən aşağı səviyyədə olmasını müsbət qiymətləndirir.  

“Tərəfləri humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı əvvəlcədən əldə edilmiş razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağa çağırırıq”, - deyə bildirilib.

Həmsədr ölkələrin təmsilçiləri münaqişə tərəflərinin Xarici İşlər nazirlərinin Minsk qrupunun himayəsi altında gələn ilin əvvəlində yenidən görüşə dair razılığa gəlmələrini yüksək qiymətləndiriblər.

Onlar vurğulayıblar ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli mümkün deyil. Onlar tərəfləri substantiv danışıqlar aparmağa çağırıblar.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri