Dek
2019
11:11
25
112
4622
Virtual karabakh

Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı

7 Dek, 2019
11:11
4622

Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Oxu.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairələri üzrə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür.

Qeyd edək ki, Seçki Məcəlləsinin 147-ci maddəsi Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması ilə bağlıdır.

Bildirilir ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci ilin fevralın 9-na təyin edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri