Dek
2019
10:46
28
78
1432
Virtual karabakh

Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb

9 Dek, 2019
10:46
1432

Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı məsələlərdən danışıb.

Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlanmasında bildirib ki, sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb:

“Biz Rusiya ilə demakrasiya işlərini davam etdiririk. Keçən ay Moskvada görüş keçirildi və növbəti planları təsdiq etdik. Görülən işləri nəzərdən keçirdik. İki-üç il ərzində işlərin 30-40 faizini həyata keçirmişik.

Demakrasiya prosesi çətindir. Nişanın qoyulması, müvafiq surətdə razılaşdırılması, onların hazırlanması çətindir. Təbii ki, dağlıq zonalarda bu prosesi etmək asan deyil. Buna baxmayaraq, bizim Rusiya ilə bu məsələdə fikir ayrılığımız yoxdur. Ümid edirik ki, gələcək iki-üç il ərzində demokrasiya işləri tamamlanacaq”.

X.Xələfov qeyd edib ki, demarkasiya üzrə İşçi qrupunun növbəti iclasının 2020-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri