Dek
2019
10:59
8
74
1904
Virtual karabakh

Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik

9 Dek, 2019
10:59
1904

Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası işlər davam etdirilir. Bu, siyasi rəhbərliyin gündəliyində olan məsələdir.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Gürcüstanla bu məsələdə fikir ayrılığı mövcuddur və müəyyən sənədlərin yenidən baxılmasına ehtiyac var:

“Ekspertlər ardıcıl olaraq görüşlər keçirirlər. Biz razılığa gəlmişik ki, növbəti ekspert görüşləri davam etdirilsin ki, iclas keçirilən zaman müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki bir çox görüşlərdə biz irəliləyişlərə nail ola bilməmişik.

Razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi ki, onlar üzərində işlər aparılmalıdır. Ekspertlər Tibilisidə görüşəcəklər, arxiv materiallarına da baxılacaq. İlin sonuna kimi ekspertlərin görüşü baş tutacaq”.

Nazir müavini Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası işlərinə ermənilərin təxribat xarakterli müdaxiləsi məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, delimitasiya məsələsi iki dövlət arasında sənədlərin hüquqi baxımından təsdiq olunmasıdır:

“Bu məsələni siyasiləşdirmək istəməzdim. Biz çalışırıq ki, hər iki tərəfdən bu məsələnin həllinə yönəlmiş faktlar və hüquqi sənədlər mövcud olsun ki, gələcəkdə hər hansı bir sual doğurmasın.

Təbii ki, hər bir danışıqlar prosesinə təsir edən müəyyən faktorlar ola bilər. Bilirsiniz ki, sərhəddə müəyyən qüvvələr tərəfindən təxribatlar törədilmişdi və bəyanatlar səsləndirilmişdi. Biz bunları rədd edirik və qəbul etmirk.

Bu cür təxribatlar delimitasiya prosesinin hüquq əsasında keçirilməsinə mane olan faktlardır. Hər iki tərəf çalışmalıdır ki, bu cür təxribatlara uymasın və təxribatlar danışıqlar prosesinə təsir etməsin”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri