11 
Dek
2019
17:22
287
54
2885
Virtual karabakh

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB

11 Dek, 2019
17:22
2885

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edildi, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirilib.

Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.

15:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri