12 
Dek
2019
14:08
119
91
1284
Virtual karabakh

Elmar Məmmədyarov Latviya Milli Kitabxanasına Dağlıq Qarabağla bağlı kitab hədiyyə etdi - FOTO

12 Dek, 2019
14:08
1284

Elmar Məmmədyarov Latviya Milli Kitabxanasına Dağlıq Qarabağla bağlı kitab hədiyyə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elmar Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks Xarici İşlər nazirinə kitab hədiyyə edib.

Nazir Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib.

Nazir, həmçinin, kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri