16 
Dek
2019
09:04
470
32
5703
Virtual karabakh

Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir” - VİDEO

16 Dek, 2019
09:04
5703

Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə R.T.Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibəsində bildirib.

R.T.Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu Bakıya dəvət edib.

“İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Qeyd edək ki, futbol üzrə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib.

İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər üç oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri