16 
Dek
2019
09:43
36
46
2837
Virtual karabakh

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

16 Dek, 2019
09:43
2837

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olan şəxslərin sayı artıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı 2019-cu ilin dekabrın 5-də yenilənib.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı şəxslərin sayı 895 nəfərdir.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var. 

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır. 

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri