Yan
2020
17:49
767
70
12491
Virtual karabakh

Baş prokuror: Tovuzda azyaşlının öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısının xüsusi nəzarətindədir

9 Yan, 2020
17:49
12491

Baş prokuror: Tovuzda azyaşlının öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısının xüsusi nəzarətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlı Nərmin Quliyevanın öldürülməsindən danışıb. 

Oxu.Az-ın məlumatına görə, Zakir Qaralov yanvarın 9-da keçirlən əməliyyat müşavirəsində deyib ki, məsələ dövlət başçısı İlham Əliyevin xüsusi nəzarətindədir:

“İctimaiyyəti narahat edən Tovuz rayonunun  Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri