13 
Yan
2020
12:34
17
147
2133
Virtual karabakh

Pənahov “Seçki-2020”nin açılışını etdi

13 Yan, 2020
12:34
2133

Pənahov “Seçki-2020”nin açılışını etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki-2020” Müstəqil Media Mərkəzinin açılışını edib. 

Oxu.Az-ın məlumatına görə, M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəz Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək. 

“Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb. 

M.Pənahovun sözlərinə görə, “Seçki-2020” Müstəqil Media Mərkəzinin internet saytı (secki-2020.az) artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

“Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də, seçkilərə dair foto və videogörüntülər təqdim olunur”, - deyə M.Pənahov əlavə edib. 

Qeyd edək ki, yerli və beynəlxalq KİV-lər Müstəqil Media Mərkəzindən asan və sərbəst məlumat əldə edə bilərlər. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri