16 
Yan
2020
11:05
11
118
2404
Virtual karabakh

Nuşirəvan Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması fikri ilə razılaşmır

16 Yan, 2020
11:05
2404

Nuşirəvan Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması fikri ilə razılaşmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. 

Oxu.Az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Seçkinin mediada isiqlandırlıması” mövzusunda informasiya sessiyasında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz.

“Seçkilər dövründə “İctimai” TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir”, - deyə o əlavə edib. 

N.Məhərrəmli bildirib ki, İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir:

“Pulsuz efir vaxtı həftədə üç saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklar aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərait yaratsın”, - deyən N.Məhərrəmli əlavə edib ki, ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmalıdır. 

N.Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması barədə fikirlərə də münasibət bildirib.

“İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri