16 
Yan
2020
17:00
43
145
3562
Virtual karabakh

“Azərbaycanın Mehriban Siması” Tbilisidə çapdan çıxdı - FOTO

16 Yan, 2020
17:00
3562

“Azərbaycanın Mehriban Siması” Tbilisidə çapdan çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin müəllifi olduğu “Azərbaycanın Mehriban Siması” adlı kitab Gürcüstanın Dövlət Mükafatı laureatı, “Şərəf” ordenli yazıçı İmir Məmmədlinin tərcüməsi ilə Tbilisi şəhərində çapdan çıxıb.

Kitabın işıq üzü görməsində “İntellekt” nəşriyyatının direktoru Kaxa Qutavanın göstərdiyi xüsusi diqqət nəşrin yüksək zövq və nəfis tərtibatında mühüm rol oynayıb.

Kitabın müəllifi bildirib ki, Gürcüstanla ictimai-siyasi münasibətlərin inkişafında misilsiz rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyəti gürcü xalqı tərəfindən hər zaman rəğbətlə qarşılanmaqdadır.

Mehriban Əliyevanın iki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin inkişafına verdiyi zəngin töhfələr Gürcüstan cəmiyyətinin hər zaman diqqətindədir. 

Vaqif Abdullayev vurğulayıb ki, onun rəhbəri olduğu Heydər Əliyev Fondu gürcü cəmiyyətində xeyirxahlıq və humanizmin simvolu kimi qiymətləndirilir:

“Fondun bu ölkədə elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxıb. Mehriban xanımın birbaşa təşəbbüsü ilə dini ocaqlara, kilsələrə təmənnasız yardım edilməsi Gürcüstanda və beynəlxalq aləmdə tolerantlığın təntənəsi hesab olunur”.

Professor qeyd edib ki, 2019-cu il fevralın 27-də Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşü iki ölkə arasında dostluğun, yaxın və səmimi münasibətlərin ən yüksək nümunəsi hesab edilə bilər:

“Bu görüş strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında sıx münasibətlərin daha da möhkəmlənməsinə, siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə güclü zəmin yaradıb. Azərbaycanın Birinci vitse-prezidentinin Gürcüstanın Patriarxı, Katolikos II İlya ilə görüşü isə gürcü cəmiyyətinə olan dərin hörmətin ifadəsinə çevrilib”. 

“Əminliklə qeyd etmək olar ki, “Azərbaycanın Mehriban siması” kitabı Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm və sarsılmaz dostluq əlaqələrinin daha da güclənməsinə öz dərin töhfəsinə verəcək”, - deyə müəllif qeyd edib.

Qeyd edək ki, kitabın yaxın günlərdə Gürcüstanın nüfuzlu ictimai-siyasi və elmi dairələrinin tanınmış nümayəndələrinin iştirakı ilə təqdimatı keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri